Afrikaya pulsuz taxıl göndəriləcək

Rusiya taxılının yaxın zamanlarda Afrikaya pulsuz tədarükü yaxın həyata keçiriləcək.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya kənd təsərrüfatı naziri Dmitri Patruşev məlumat verib.

Nazir bildirib ki, hələlik söhbət altı ölkədən və 25-50 min ton həcmində taxılın tədarükündən gedir.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin daha öncə ölkəsinin Burkina Faso, Mali və Eritreyaya, hər birinə 25-50 min ton olmaq şərti ilə, taxıl tədarük etməyə hazır olduğunu bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31