"Rusiya ilə də əlaqələri davam etdirməmək üçün heç bir səbəb yoxdur”

Mərkəzi Afrika Respublikası (MAR) Fransaya qarşı deyil. Həm Moskva, həm də Parislə əməkdaşlığa hazırdır.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Mərkəzi Afrika Respublikasının (MAR) lideri Fosten-Arkanj Tuadera AFP-yə müsahibəsində deyib.

"Biz Fransaya qarşı deyilik. Lakin Rusiya ilə də əlaqələri davam etdirməmək üçün heç bir səbəb yoxdur", - prezident bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31