Tehran və Vaşinqton razılığa gəldi

İran və ABŞ məhbus mübadiləsi haqqında razılığa gəliblər.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Nyu York Tayms" nəşri mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ və İran bir neçə iranlı məhbus əvəzində həbsdə olan beş amerikalının azadlığının təmin edilməsi və İranın neft gəlirlərinin təxminən 6 milyard dollarının dondurulmaması üçün razılığa gəliblər. Sazişə əsasən, dondurulmamış vəsait humanitar məqsədlər üçün istifadə ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31