Almaniyanın böyük zavodlarından birində YANĞIN
10 Avqust 2023 21:18 DünyaDuysburq şəhərində yerləşən Almaniyanın ən böyük metallom zavodunda yanğın baş verib.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Məlumata görə, yanğın səhər saatlarında 100 tona yaxın metal qırıntıların saxlandığı ən böyük poliqonun ərazisində baş verib.
Hazırda əraziyə 250 yanğınsöndürən cəlb olunub.
Xilasetmə xidmətlərinin məlumatına görə, yanğından birbaşa təhlükə yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31