“Emmi” mükafatlandırma mərasimi təxirə salındı
10 Avqust 2023 20:35 DünyaSentyabrın 18-də keçirilməsi planlaşdırılan 75-ci "Emmi" Televiziya Mükafatları təxirə salınıb.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, Hollivudda aktyor və yazıçıların tətili səbəbindən mərasim 15 yanvar 2024-cü il tarixində keçiriləcək.
Bildirilib ki, Fox kanalı mərasimi Sakit okean vaxtı ilə saat 17:00-dan 20:00-a qədər yayımlayacaq.
Tədbirin yeni tarixi afroamerikalı hüquq müdafiəçisinin doğum gününə həsr olunmuş ictimai bayram olan Martin Lüter Kinq Gününə təsadüf edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31