Rihannanın qızı oldu - FOTO
10 Avqust 2023 19:10 DünyaDünyaşöhrətli müğənni Rihanna ikinci dəfə ana olub.
Olaylar.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə sənətçinin yaxınlarına istinadən "Media Take Out" məlumat yayıb.
Bildirilib ki, Rihannanın qız övladı dünyaya gəlib. Nəşrin məlumatına görə, ulduz artıq xəstəxanadan çıxıb və hazırda Los-Ancelesdəki malikanədədir.
Rihanna ikinci hamiləliyini "Super Bowl 2023" zamanı, ilk doğuşundan doqquz ay sonra elan edib.
Qeyd edək ki, Rihanna reper A$AP Rocky ilə sevgilidir. Cütlüyün oğlu da var.




Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31