Somalidə partlayış - ölənlər və yaralananlar var

Somalinin mərkəzi hissəsində Calalaksi yaşayış məntəqəsindəki kafedə partlayış hadisəsi baş verib.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, nəticədə ən azı 10 nəfər ölüb, 9 nəfər isə yaralanıb.

Hadisənin təfərrüatları hələlik məlum deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31