Livanın müdafiə naziri Moris Slimə qarşı sui-qəsd təşkil olunub.
Olaylar.az trend-ə istinadən bildirir ki, bu barədə nazirin özü xəbər verib.
Məlumata görə, nazirin korteji Beyrutun Cisr-əl-Başa məhəlləsində naməlum silahlılar tərəfindən atəşə tutulub.
Nazir sui-qəsd nəticəsində xəsarət almadığını, güllələrin arxa şüşəyə dəydiyini qeyd edib.