Efiopiyada vəziyyət nəzarət altındadır - ÖZƏL
10 Avqust 2023 15:31 Dünya"Amhara əyalətində şiddətli silahlı toqquşmalardan sonra Efiopiyada vəziyyət səlahiyyətlilər tərəfindən nəzarətə götürülüb və onun normal fəaliyyəti davam etdirildiyini bildirib".
Olaylar.az xəbər verir ki, bu barədə məlumat Rusiya səfirliyindən verilib.
"FDRE (Efiopiya Federativ Demokratik Respublikası) hökuməti Amhara hakimiyyətinin rəsmi müraciəti əsasında avqustun 4-də ictimai-siyasi vəziyyətin gərginləşməsi ilə əlaqədar həmin ərazidə fövqəladə vəziyyətin tətbiqi barədə qərar qəbul edib. Fövqəladə vəziyyətə nəzarət etmək və regionda vəziyyəti sabitləşdirmək üçün xüsusi idarəetmə orqanı yaradılıb. Ümumilikdə ölkədə vəziyyət hakimiyyətin tam nəzarəti altındadır. Səfirlik adi rejimdə işini davam etdirir", - səfirlikdən bildiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31