Fransa və Türkiyədə fövqəladə vəziyyət rejimi taxılın maya dəyərinə təsir edə bilər - ÖZƏL

Fransada taxıl anbarında baş verən yanğın və Türkiyənin Derincə limanında taxıl tozunun partlaması  taxıl qiymətlərinə təsir edə bilər. Bu fikri RusiyaMilli Tədqiqat Universitetinin Ali İqtisadiyyat Məktəbinin Ticarət Siyasəti İnstitutunun direktoru Aleksandr Daniltsev bildirib.

"Gələcək qiymətlərdi bir qədər artış ola  bilər" deyən ekspert, əsas logistika nöqtəsinin uzun müddət fəaliyyət göstərməməsi halında bunun əhəmiyyətli ola biləcəyini qeyd edib. 

O hesab edir ki, bəzi müqavilələr pozula bilər, lakin bu, qalıcı təsir deyil.

Daniltsev vurğulayıb ki, birja adətən bu cür hadisələrə reaksiya verir, çünki möhtəkirlər məlumatdan istifadə edirlər, lakin bu, uzunmüddətli miqyasda baş verməyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31