Rusiya NATO-nu Asiya-Sakit okean regionunda irəliləməyə çalışmaqda ittiham edib - ÖZƏL

Rusiyanın ASEAN-dakı daimi nümayəndəsi Yevgeni Zaqainovun sözlərinə görə , Avstraliya və Yaponiya Şimali Atlantika Alyansının Asiya-Sakit Okean regionunda irəliləyişinə töhfə verə biləcək dövlətlər sırasındadır. Onun sözlərinə görə, bu ölkələri regionda "Troya atları" adlandırmaq olar.

"Bir sıra Asiya-Sakit Okean ölkələri NATO-nun Avro-Atlantik gündəliyini irəli sürməyə kömək etməyə hazırdır. Ona görə də biz ayıq-sayıq olmalı və baş verənləri izləməliyik. Bu "Troya atları" təbii ki, Yaponiya, Avstraliya, Yeni Zelandiya , Cənubi Koreya kimi ölkələrdir", - deyə Zaqainov izah edib.

Asiya-Sakit Okean regionu 58 ölkə və ərazini birləşdirir, regionda ən böyük inteqrasiya qrupları, xüsusilə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (APEC), Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) fəaliyyət göstərir. NATO regional güclərlə, xüsusilə Yaponiya, Avstraliya və Cənubi Koreya ilə fəal əməkdaşlıq etməyə çalışır. Blokun Litvada keçirilən yay sammitində  ümumi təhlükəsizlik çağırışlarına qarşı birgə mübarizə bəhanəsi ilə Asiya-Sakit okean ölkələri ilə əməkdaşlığın gücləndirilməsi barədə qərar qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31