Rusiyadan Hindistana təklif - ÖZƏL

Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov bildirib ki, Rusiya Hindistana təklif göndərib. Bu, ölkələr arasında vizasız qrup turist mübadiləsinə başlamaq üçün ilk addım sayıla bilər. 
 Rusiya artıq Çinlə vizasız gediş-gəliş mübadiləsinə başlayıb  və bundan sonra hakimiyyət Hindistanla bu barədə razılığa gəlməyə hazırlaşır.
"Ora təklif göndərdik. Diplomatik kanallar vasitəsilə iş getdiyi bir vaxtda biz bunu sürətləndirəcəyik", - deyə nazir bildirib.
Daha əvvəl bildirilmişdi ki, koronavirus pandemiyasından sonra turizmin ümumi bərpası tendensiyası fonunda 2023-cü ilin birinci rübündə Rusiyaya gələn turist axını 17% artıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31