Pike sevgilisi ilə əl-ələ görüntüləndi - FOTO

Məşhur müğənni Şakiranın eks-sevgilisi, "Barselona"nın keçmiş müdafiəçisi Jerar Pike sevgilisi ilə görüntülənib. 

Olaylar.az Axşam.az-a istinadən xəbər verir ki, il boyu mediada Pikenin gənc xanımla eşq yaşadığı yazılsa da, onlar bir, ya da iki dəfə birlikdə görüntüləniblər.

Bu günlərdə isə futbolçunun Klara Çia Martidən ayrılmaq ərəfəsində olması barədə şayiələr yayılıb. Pike isə dedi-qodulara son qoymaq üçün sevgilisi ilə gəzintiyə çıxaraq, insanlar arasında görünüb. 

Ötən gün fotoqraflar Barselonanın düz mərkəzindəki restorana gedərkən sevgililəri görüntüləyib. Əl-ələ tutan Pike və Klara obyektivlərə gülərək poz da veriblər. Klara Jerarın uzun illər Şakira ilə birlikdə yaşadığı malikanəsinə köçür.

 

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31