Rusiyada COVID-19-un yeni variantı olan “EG.5” yayılır

Rusiyada bu ilin aprel-avqust aylarında koronavirusun yeni variantına 17 yoluxma halı aşkar edilib.

Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Federasiyasının İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidməti (Rospotrebnadzor) məlumat yayıb.

İdarədən bildirilib ki, koronavirusunun yeni variantı (EG.5) özündən əvvəlki növlərdən daha sürətli yayılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31