Prezidentliyə namizəd küçənin ortasında güllələndi - Anbaan VİDEO
10 Avqust 2023 12:10 DünyaEkvadorlu siyasətçi və prezidentliyə namizəd Fernando Vilayvisencso küçənin ortasında güllələnərək öldürülüb.
Olaylar.az xarici KİV-ə istinadlaxəbər verir ki, hadisə siyasətçi mitinqdə çıxış edib qayıdarkən baş verib.
Hücum edən şəxs onun başına 3 dəfə atəş açıb.
Hadisədən dərhal sonra Fernando Vilayvisencso reanimasiyaya yerləşdirilib. Lakin o, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Ekvador Baş Prokurorluğu bildirib ki, hadisə zamanı iki polis və bir nəfər Milli Assambleya üzvlüyünə namizəd də daxil olmaqla, daha 9 nəfər yaralanıb.
Siyasətçinin qətlində şübhəli bilinən şəxs isə polislə atışmadan sonra aldığı xəsarətlərdən ölüb.
Sui-qəsddən bir neçə gün əvvəl Vilyavisensio hazırda Ekvadorda açıq şəkildə fəaliyyət göstərən mütəşəkkil cinayətkar qruplardan, o cümlədən Meksikanın Sinaloa kartelinin liderlərindən dəfələrlə ölüm təhdidləri aldığını bildirib.
Qeyd edək ki, Vilyavisensio 2017-ci ildə Milli Assambleyaya seçkilərdə qalib gəlmişdi. O, prezident Gilermo Lasso ölkənin qanunverici orqanını buraxana qədər orada çalışıb.
Daim mafiya və korrupsiya əleyhinə çıxışları ilə gündəmə gələn Vilyavisensio mütəşəkkil cinayətkarlıqla dövlət məmurları arasında əlaqə haqqında da açıq danışıb.
Vilyavisensio Ekvador prezidentliyinə səkkiz namizəddən biri idi və seçkiyə "Ekvadoru quraq" hərəkatının namizədi kimi qatılacaqdı.
Ekvadorda prezident seçkisi avqustun 20-nə təyin olunub.



BakuPost