Fransa Nigerin hava məkanını pozdu
9 Avqust 2023 21:32 DünyaNigerdə hərbi çevriliş nəticəsində hakimiyyəti ələ keçirən üsyançılar Fransanı ölkənin hava məkanını pozmaqda ittiham edir.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Üsyançıların sözlərinə görə, Fransanın hərbi təyyarəsi yerli vaxtla saat 06:01-də Çadın paytaxtı Ncamenadan havaya qalxıb. Saat 06:39-da Nigerin hava məkanına daxil olarkən aviadispetçer xidməti ilə əlaqəni kəsib. Təyyarənin yerli vaxtla saat 11:15-ə qədər ölkənin hava məkanında olduğu iddia edilir.
Xatırladaq ki, Niger avqustun 6-da xarici müdaxilədən ehtiyatlanaraq hava məkanını bağlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31