Şimali Kiprlə bağlı gözlənilməz qərar

Rusiya Şimali Kiprdə konsulluğunu açacaq.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə TASS-a səlahiyyətli nümayəndə deyib.

Onun sözlərinə görə, Moskva Şimali Kipr Türk Cümhuriyyətində konsulluq açmağa qərar verdiyini dünyaya bəyan edib. Rusiyanın geniş əks-səda doğuran bu qərarı ŞKTC-nin tanınması istiqamətində atılan ilk addım kimi şərh edilib.

Rusiyanın Kipr səfirliyindən bir səlahiyyətli isə tezliklə Lefkoşa şəhərinin şimalında konsulluq xidmətləri göstərməyə başlayacaqlarını, işlərin müntəzəm həyata keçiriləcəyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31