Səudiyyə Ərəbistanının İrandakı səfirliyi 7 illik fasilədən sonra açıldı
9 Avqust 2023 20:19 Dünyaİrandakı Səudiyyə Ərəbistanı səfirliyi 7 il aradan sonra işini bərpa edib.
Olaylar.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.
"Səudiyyə Ərəbistanı səfirliyi avqustun 6-da İran paytaxtında öz işini rəsmən bərpa edib", - deyə İran Xarici İşlər Nazirliyindən bildirib.
Qeyd edək ki, martın 10-da Pekində İran və Səudiyyə Ərəbistanı arasında keçirilən görüşdə tərəflər diplomatik münasibətləri bərpa etmək və səfirliklərini açmaq barədə razılığa gəlmişdilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31