Ərdoğan Hakan Fidanı təltif etdi
9 Avqust 2023 19:53 DünyaTürkiyənin xarici işlər naziri Hakan Fidan "Dövlətdə üstün xidmət medalı" ilə təltif edilib.
Olaylar.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Hakan Fidan Türkiyə Milli İstihbarat Təşkilatındakı (MİT) 13 illik xidmətlərinə görə Milli Təhlükəsizlik Şurasının iclasında təltif edilib.
Həmin medalı Hakan Fidana Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib.
"Mənimlə birlikdə xidmət edərkən Liviyada, Qarabağda, Suriyada, İraqda sizin əmrlərinizi yerinə yetirmək üçün şəhid olmuş dostlarımın adından bu medalı alıram", - deyə Fidan qeyd edib.
Xatırladaq ki, bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının toplantısı keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31