Rusiyada yeni fəxri ad təsis edilib

Rusiya Prezidenti Vladimir Putin "Rusiya Federasiyasının Müdafiə Sənayesi Kompleksinin (OPK) əməkdar işçisi" yeni fəxri adının təsis edilməsi haqqında fərman imzalayıb.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı fərman Rusiya prezidentinin rəsmi saytında dərc olunub.

"Rusiya Federasiyasının müdafiə sənayesinin əməkdar işçisi" fəxri adı təsis edilsin", - fərmanın mətnində qeyd edilib.

Sənədə əlavə edilib ki, bu qərar dövlət mükafatı sisteminin daha da təkmilləşdirilməsi məqsədilə qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31