"Taxıl sazişi ilə bağlı faktlar gizlədilir" - RUSİYA
9 Avqust 2023 18:30 DünyaABŞ taxıl sazişi ilə bağlı faktları gizlədir və Moskvanın tələblərini hələ də yerinə yetirmir.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin direktor müavini Aleksey Zaytsev deyib.
"İlk növbədə "Rosselxozbank"ın sazişə qoşulması, ehtiyat hissələrinin tədarükünün davam etdirilməsi, nəqliyyat logistikasının və sığortasının təmin edilməsi, Rusiya şirkətlərinin xaricdəki hesablarına yenidən çıxışının təmin edilməsi məsələlərini həll etmək lazımdır. Yalnız bundan sonra taxıl sazişinə baxılması mümkündür", - o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31