Moskvada güclü partlayış olub
9 Avqust 2023 12:39 DünyaRusiyanın Moskva vilayətinin Sergiyev Posad şəhərində yerləşən Zaqorsk optik-mexanika zavodunda güclü partlayış baş verib.
Trend xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
"Partlayış Zaqorsk optik-mexanika zavodu ərazisində, qazanxana hissəsində baş verib. Partlayış dalğasından ətrafdakı bir neçə binanın şüşələri sınıb", - məlumatda deyilir.
Qeyd edək ki, Sergiyev Posad Moskvadan təqribən 50 km şimal-şərqdə yerləşir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31