Ana 9 aylıq oğlunu ölümə tərk etdi - Ölsün deyə evdə tək qoyub - FOTO

Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılan 24 yaşlı volqoqradlı qadın müstəntiqə etiraf edib ki, 9 aylıq oğlunu ölməsi üçün qəsdən nəzarətsiz qoyub.

Olaylar.az oxu.az-a istinadən bildirir ki, bu barədə Volqoqrad vilayəti İstintaq Komitsindən məlumat verilib.

Qadın avqustun 3-də evdən çıxıb və o vaxtdan heç kim onu görməyib. Avqustun 7-də körpənin heç bir həyat əlaməti olmayan meyiti nənəsi tərəfindən tapılıb.

Faciə Avtomaqistralnaya küçəsi, 3 ünvanında yerləşən binanın mənzillərindən birində baş verib.
Faktla bağlı cinayət işi açılıb.
 

Məqaləyə dair fotomateriallar:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31