Rusiyadan ABŞ-a ixrac kəskin artdı

Bu ilin may ayında Rusiyadan ABŞ-a məhsul ixracı 503 milyon dollara yüksəlib.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Hyustondakı baş konsulu Aleksandr Zaxarov TASS-a açıqlamasında bildirib.

Məlumata görə, artım əsasən qeyri-üzvi kimya məhsullarının hesabına baş verib.

Qeyd edək ki, aprel ayında bu göstərici 215 milyon dollar təşkil etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31