Putinin real reytinqi budur - Qudkov

Ukraynadakı əhəmiyyətli itkilərə görə rus qoşunlarında kifayət qədər insan yoxdur. Ona görə də Rusiyada yeni səfərbərlik dalğası qaçılmazdır.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu fikirləri rusiyalı müxalif siyasətçisi Gennadi Qudkov deyib.

Qudkovun sözlərinə görə, Rusiya hakimiyyəti səfərbərliyə pul yatırır və 300 min insanı cəlb etməyi planlaşdırır:

"Amma bu da son deyil. Bunlar da torpağa qərq olacaq. Orduda yorğunluq, mənəvi boşluq, deqradasiya var".

Politoloq əlavə edib ki, Kremlin sözcüsü Dmitri Peskovun 2024-cü ildə Rusiyada keçiriləcək prezident seçkilərində Putinin 90% dəstək qazanacağı haqda fikri cəfəngiyyatdır:

"Putinin real reytinqi 20-25% təşkil edir. Rusiyada cəmiyyətin konsolidasiyası yoxdur. Ölkə vətəndaş müharibəsi ərəfəsindədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31