Rusiya Yaxın Şərqdən təcrid olunur - ÖZƏL
9 Avqust 2023 09:06 Dünya"Səudiyyə Ərəbistanın Ciddə şəhərində Ukrayna müharibəsi üzrə sülh konfransı Qərbin və Çinin eyni platformada çıxış etməsi ilə yadda qaldı". Olaylar xəbər verir ki, bunu deyən MCP sədinin müavini Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ciddədə baş tutan Ukrayna sülh konfransında irəli sürülən sülh təklifi bütün dövrlətlər tərəfindən qəbul edilməsi, Rusiya qarşı Çin daxil olmaqla siyasi koalisiyanın formalaşmasıdır: "Rusiyanın iştirakı olmadan belə bir konfrans keçirilməsi, yeni bir təzyiq formasıdır. Bu konfransda 40 yaxın ölkə iştirak etməsi, Rusiyanın beynəlxalq izolyasidir. Təbii ki, bu konfrans Ukraynaya siyasi dəstəyin verilməsi və prosesdə Çinin olması, Moskva üçün gözlənilməz oldu. V. Putin son aylarda Yaxın Şərq regionunda güclənməyə çalışır. Amma, bu konfrans ABŞ dəstəyi ilə Səudiyyə Ərəbistanında keçirilməsi Moskvanın regionda artan nüfuzunun qarşısını alacaq".