Netanyahunun istirahət etdiyi otelin qarşısında aksiya
8 Avqust 2023 23:46 Dünyaİsraildə məhkəmə islahatının əleyhdarları Baş nazir Benyamin Netanyahunun Neve Ativ yaşayış məntəqəsindəki istirahət etdiyi otelin qarşısında aksiya keçirib.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Ynet" məlumat yayıb.
Məlumata görə, aksiyada bir neçə yüz nəfər iştirak edib.
Nümayiş polislə razılaşdırılaraq oteldən 300 metr aralıda baş tutub.
Bildirilir ki, aksiya zamanı heç bir insident qeydə alınmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31