Niger ordusu prezident sarayına irəliləyir
8 Avqust 2023 23:35 DünyaNiger ordusunun elit bölmələri prezident sarayına və Niamey hava limanına doğru irəliləməyə başlayıb.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Əl Ərəbiyə" telekanalı məlumat yayıb.
Telekanal bu obyektlərə gedən dəstələrin sayı, eləcə də onların məqsədi haqda məlumat verməyib.
Xatırladaq ki, Nigerdə üsyan iyulun 26-da başlayıb, hərbçilər ölkədə komendant saatı tətbiq edərək konstitusiyanın fəaliyyətini dayandırıblar. Onlar, həmçinin partiyaların işini qadağan ediblər. Hərbçilər Vətənin Müdafiəsi üzrə Milli Şuranın yaradıldığını elan ediblər və iyulun 28-də general Abdurahman Çiani Nigerin yeni lideri elan olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31