Dövlət Departamenti Rusiyanın Nigerdəki çevrilişdə iştirakına dair heç bir sübutun olmadığını bildirib - ÖZƏL
8 Avqust 2023 22:39 DünyaABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Rusiyanın Nigerdəki hadisələrdə iştirakına dair sübut təqdim edə bilməyib.
Olaylar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Departament sözçüsü etirazçıların Rusiya bayraqlarını nümayiş etdirməsinə münasibət bildirib və qeyd edib ki, onların necə əllərinə keçdiyini bilmir. Eyni zamanda, onun sözlərinə görə, bu cür hərəkətlər qəribədir. "Mənə çox qəribə görünür ki, hərbi xunta ölkənizi ələ keçirəndə və siz dəstək göstərmək istəyəndə bunu küçəyə qaçaraq və yəqin ki, yerli mağazadan Rusiya bayrağı almaqla qərara alırsınız", - Miller deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31