Ukrayna üçün 50 tank ALINDI

Adı açıqlanmayan bir ölkə Ukrayna üçün 50 "Leopard 1" tankı alıb.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Business AM" məlumat yayıb.

Məlumata görə, sözügedən tanklar Belçika ordusu tərəfindən istismardan çıxarılıb. Belçika tankları "OIP Systems" şirkətinə hər birini 15 min avroya satıb.

Belçika ordusunun istismardan çıxarılan texnikanı yerləşdirmək üçün kifayət qədər anqarları olmadığından tanklar dempinq qiymətlərinə satılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31