Milyonların kumiri sağalmaz xəstəlikdən əziyyət çəkdiyini etiraf etdi

Əfsanəvi aktyor və milyonların kumiri Arnold Şvartsenegger uşaqlıqdan sağalmaz xəstəlikdən əziyyət çəkdiyini etiraf edib.

Olaylar.az lent.az-a istinadən bildirir ki, o, oxumaq və yazmaqda çətinlik çəkən disleksiya xəstəliyindən əziyyət çəkdiyini izləyiciləri ilə bölüşüb.

"1950-ci illərdə Avstriyada öyrənmə qüsurları haqqında danışılmırdı, bu haqda məlumat yox idi. Çox vaxt məndən sinifdə yüksək səslə oxumağı tələb edəndə bu, sadəcə bir fəlakət idi və məni döydülər. Amma İndi disleksik olduğumu bilirəm", - aktyor paylaşıb.

Şvartseneggerin dediyinə görə, filmə hazırlaşanda hər sətri əzbərləyənə qədər bir neçə ay ərzində ssenarini təkrar-təkrar oxuyur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31