Finlandiya Rusiya ilə sərhədi tamamilə bağlaya bilər

Finlandiya hakimiyyəti Rusiya ilə sərhədin tamamilə bağlanmasını istisna etmir.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Yle" kanalı məlumat yayıb.

Finlandiya Sərhəd Xidmətinin rəsmisi Mikko Lehmusun sözlərinə görə, ölkə rəhbərliyi rusların ciddi axını olacağı təqdirdə bir neçə ssenarini nəzərdən keçirir:

"Əgər ruslar heç bir əsas olmadan gəlsələr, onlara giriş qadağan olunacaq. Helsinki dövlətin təhlükəsizliyinə təhdid yarandığı təqdirdə sərhədi də bağlayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31