Yanvar-iyul aylarında Çinin xarici ticarət həcmi 6,1% azalıb - ÖZƏL
8 Avqust 2023 15:29 DünyaÇinin Baş Gömrük İdarəsinin məlumatına görə, yanvar-iyul aylarında Çinin xarici ticarət dövriyyəsi illik müqayisədə 6,1% azalaraq 3,4 trilyon dollar təşkil edib.
7 ay ərzində ölkənin ixracı 5% azalaraq 1,94 trilyon dollara yaxın olub. Eyni zamanda, Çinin idxalı 7,6% azalaraq 1,46 trilyon dollar təşkil edib.
Çinin qeyd olunan dövrdə müsbət saldosu 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3,5% artaraq 489,57 milyard dollar təşkil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31