ABŞ Rusiya-Gürcüstan əlaqələrini pozmağa çalışmamalıdır - ÖZƏL
8 Avqust 2023 15:01 Dünya"ABŞ hökuməti Rusiya və Gürcüstan arasında münasibətlərin sabitliyini pozmaq cəhdlərini dayandırmalı, eləcə də sanksiyalarla bağlı ittihamları və hədələri aradan qaldırmalıdır".
Olaylar.az xəbər verir ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bildirib.
"Əgər Bayden Administrasiyası həqiqətən də regionda sülhün təmin edilməsinə sadiqdirsə, o zaman Rusiyaya qarşı ittihamlardan və sanksiyalarla bağlı təhdidlərdən əl çəkməlidir. O cümlədən, ölkəmizlə Gürcüstan arasında qurulan əlaqələri pozmağa çalışmamalıdır" - o, deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31