Krımda partlayış olub
8 Avqust 2023 14:42 DünyaRusiyanın işğalı altında olan Krım yarımadasında partlayış olub.
Olaylar.az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Belə ki, Krımın şimalında Canköy şəhərində partlayışın olduğu bildirilib.
Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin nümayəndəsi Andrey Yusov daha əvvəl Krımla bağlı xoş xəbərlərin gələcəyini demişdi.
Xatırladaq ki, Rusiya Krım yarımadasını 2014-cü ildə qanunsuz şəkildə ilhaq edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31