Rusiya ilə Ukrayna arasında sülh tezliklə ola bilməz - ÖZƏL

"Rusiya-Ukrayna müharibəsində sülhün əldə edilməsi üçün tərəflərin mövqelərində heç bir yaxınlaşma əlamətləri yoxdur və yaxın zamanda da gözlənilmir".

Bu fikirləri "OLAYLAR"-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, tərəflərin sülh üçün açıqladıqları şərtlər bəllidir və qarşılıqlı olaraq ziddiyət təşkil edir:

"Hesab edirəm ki, tərəflər arasında sülh tezliklə ola bilməz. Bunun üçün Amerika və kollektiv Qərbin Ukraynanın ümid etdiyi nəticələri əldə etməsi üçün edəcəyi yardım rol oynayacaq. Yəni Ukraynanın Rusiya ilə sülhə gəlməsini alınan nəticədən asılı olmayaraq Qərb koalisiyası müəyyən edəcək. 

Verilən dəstək Ukyana üçün həlledici olacaq. Bu baxımdan, Putin-Ərdoğan görüşündən bu istiqamətdə aparılan danışıq sadəcə fikir mübadiləsi ola bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31