Rusiyanın məsələsini həll etdik, lakin cavab vermədilər – Blinken
8 Avqust 2023 12:27 DünyaABŞ Rusiyaya taxıl sazişi ilə bağlı problemlərini həll etməyi təklif edib, lakin Moskva hələ də cavab verməyib.
Rusiyada avtomobil ixracına qoyulan məhdudiyyətlər Yaponiyanın regional iqtisadiyyatına zərbə vuracaq – ÖZƏL
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken məlumat verib.
"Banklarımıza məktub yazdım ki, Rusiya taxılının ixracını tamamilə dəstəkləyirik və sanksiyalardan qorxmaq üçün heç bir əsas yoxdur. Mümkün olan bütün problemləri həll etməyi təklif etsək də, Moskva hələ də buna cavab verməyib", - Blinken bildirib.
ABŞ dövlət katibinin sözlərinə görə, son bir ildə Rusiya taxılının ixracı Ukraynadakı hadisələrdən əvvəl ixrac etdiyindən xeyli çoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31