Türkiyə Təhlükəsizlik Şurası taxıl sazişini müzakirə edəcək
8 Avqust 2023 10:54 DünyaTürkiyə Milli Təhlükəsizlik Şurasının avqustun 9-da Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasında taxıl tədarükü və taxıl dəhlizi müzakirə olunacaq.
Olaylar.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə liderinin ofisi məlumat yayıb.
"Terrorizmlə mübarizə, Ukraynadakı vəziyyət, eləcə də Rusiyanın taxıl sazişindən çıxması ilə dayanmış taxıl tədarükü müzakirə olunacaq", - deyə ofisdən bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31