TƏSDİQLƏNDİ: "Abrams"lar Ukraynaya gedir
7 Avqust 2023 23:43 DünyaABŞ Ukraynaya payıza qədər çatdırılmalı olan "Abrams" tanklarının ilk partiyasının göndərilməsini təsdiqləyib.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ ordusu katibinin tədarük, logistika və texnologiya üzrə köməkçisi Duqlas Buşa istinadla məlumat yayıb.
"Tanklar hazırdır. İndi onlar sursat, ehtiyat hissələri ilə birlikdə Avropaya, sonra isə Ukraynaya çatdırılmalıdır", - deyə D.Buş bildirib.
O, tədarüklərin ilk partiyasına neçə tankın daxil ediləcəyini açıqlamayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31