“ABŞ Gürcüstanın suverenliyini, ərazi bütövlüyünü və Avro-Atlantik istəklərini qətiyyətlə dəstəkləyir”

Bu gün Rusiyanın Gürcüstan torpaqlarının 20%-ni işğal etməsindən 15 il ötür. Rusiya hələ də 2008-ci ildə atəşkəslə bağlı götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina edir.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken Tvitterdə yazıb.

"ABŞ Gürcüstanın suverenliyini, ərazi bütövlüyünü və Avro-Atlantik istəklərini qətiyyətlə dəstəkləyir", - Blinken bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31