Rusiyanın xarici işlər naziri Sergey Lavrovla çinli həmkarı Vanq Yi arasında telefon danışığı baş tutub.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, tərəflər Moskva ilə Pekin arasında ikitərəfli münasibətləri, beynəlxalq gündəmi, o cümlədən Ukrayna böhranını müzakirə ediblər.