Böyük Britaniyada COVID-19-un yeni variantı yayılır
7 Avqust 2023 19:55 DünyaBöyük Britaniyada COVID-19-un Omicron variantının alt variantı olan Erisin (EG.5.1) bütün ölkəyə yayıldığı açıqlanıb.
Olaylar.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyinin (UKHSA) yaydığı məlumata görə, yeni Eris variantı ölkə üzrə hər 7 yeni yoluxmadan birinə təsadüf edir.
Eris Böyük Britaniyada Arcturusdan sonra ikinci ən çox yayılmış variant olaraq qeydə alınıb. Səlahiyyətlilər dünyada COVID-19 hadisələrinin artması davam etdiyi üçün vəziyyəti yaxından izlədiklərini bildiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31