"Ukrayna nüvə silahı ilə vurularsa..." - Markov
7 Avqust 2023 18:46 DünyaUkrayna və Yaponiya və atom bombası. 6 avqust Xirosima, 9 avqust Naqasaki.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov yazıb.
"Yaponiyada ABŞ-ın nüvə silahı tətbiqi münasibəti ilə bağlı aparılan sorğuda yaponlar hesab edir ki:
- ABŞ-ın Yaponiyaya atom bombası atması müharibəni daha tez bitirmək üçün hətta qismən də olsa lazım idi.
- Yaponiya kapitulyasiya istəmirdi və buna görə də atom bombasına ehtiyac var idi, çünki həm güc, həm də həqiqət ABŞ-ın tərəfində idi.
- bu səbəbdən də atom bombasına görə məsuliyyət əslində Yaponiyanın hərbi rəhbərliyinin üzərinə düşür.
Bu o deməkdir ki, əgər Rusiya "xüsusi hərbi əməliyyat"da taktiki nüvə silahından istifadə edərsə, qalib gələcəyi və siyasi hakimiyyətini bərqərar edəcəyi təqdirdə, Ukrayna əhalisi buna görə Zelenskini və ABŞ işğalını günahlandıracaq.
Amma əgər ABŞ-ın Ukraynadakı hazırkı işğal rejimi davam edərsə, o zaman Ukrayna əhalisi Rusiyanın nə etməsindən asılı olmayaraq, bütün pis işlərdə yalnız Rusiyanı günahlandıracaq.
Belə bir nəticəyə gəlmək olar ki, Rusiya özünü mümkün qədər sərt aparmalıdır, lakin Rusiya hakimiyyətinin qurulması mütləqdir.
Güc həqiqətdə deyil, amma həqiqət gücdədir.
Yeri gəlmişkən, mən taktiki nüvə silahının tətbiqinə qarşıyam", - Markov bildirib.