ABŞ desant qrupunu Yaxın Şərqə GÖNDƏRDİ

ABŞ Hərbi Dəniz Qüvvələrinin iki gəmisindən ibarət desant qrupu Yaxın Şərqə gəlib.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Donanmasının mərkəzi komandanlığından məlumat verilib.

"ABŞ-ın "Bataan" amfibiya-desant qrupu və 26-cı ekspedisiya dəstəsinin 3 min dənizçi və dəniz piyadası avqustun 6-da Yaxın Şərqə gəlib", - məlumatda qeyd olunub.

Məlumata görə, "USS Bataan" universal desant gəmisi və "USS Carter Hall" desant gəmisi Aralıq dənizindən keçərək Süveyş kanalı vasitəsilə Qırmızı dənizə daxil olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31