Qərbə üz tutmaq Ukrayna iqtisadiyyatını çökdürdü - ÖZƏL
7 Avqust 2023 11:45 Dünya"Ukrayna öz iqtisadiyyatını öz milli maraqları əsasında qurmalı və Qərb sponsorlarına yalvarmağı dayandırmalıdır, çünki o, ölkəni məhv edir".
Olaylar.az xəbər verir ki, bunu Ukraynada fəaliyyəti qadağan edilmiş "Ömürlük Müxalifət Platformasının" keçmiş lideri Viktor Medvedçuk bildirib.
"Yüksək effektivlik indekslərinə nail olmaq üçün milli maraqlara əsaslanan öz iqtisadi modellərini tapmaq lazımdır. Ukrayna hakimiyyəti dövlət səviyyəsində istənilən alternativ axtarışı istisna edərək, Avropa İttifaqı və NATO-ya daxil olmaq istəyini milli və dövlət maraqlarını tamamilə əvəzləyib" - o, deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31