Ukrayna üzrə Ciddə toplantısının iştirakçıları məsləhətləşmələri davam etdirəcək — ÖZƏL
7 Avqust 2023 11:23 Dünya"Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna üzrə məsləhətləşmələrin iştirakçıları məsləhətləşmələri və fikir mübadiləsini davam etdirmək barədə razılığa gəliblər".
Olaylar.az xəbər verir ki, bu barədə məlumatı Səudiyyə Mətbuat Agentliyi bildirib.
"İştirakçılar sülhə zəmin yaradacaq ümumi zəmin yaratmaq üçün beynəlxalq məsləhətləşmələrin davam etdirilməsinin və fikir mübadiləsinin aparılmasının vacibliyi barədə razılığa gəliblər. Həmçinin bu görüş zamanı səslənən fikirlərdən və müsbət təkliflərdən yararlanmağın vacibliyini vurğuladılar", - deyə məlumatda qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31