Ciddə məsləhətləşmələrinin iştirakçıları Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirlər — ÖZƏL

 

"Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna üzrə keçirilən məsləhətləşmələrin iştirakçıları münaqişənin sülh yolu ilə həllinin Ukraynanın ərazi bütövlüyünə əsaslanması ilə bağlı razılığa gəliblər".

Olaylar.az xəbər verir ki, bunu avropalı diplomatlar deyib.

Diplomatların sözlərinə görə, Ciddə görüşünün iştirakçıları Ukraynanın ərazi bütövlüyü və suverenliyinə hörmətin istənilən sülh nizamlanması üçün əsas olması ideyasına ümumi dəstəyini ifadə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31