Əfqanıstanda 5,7 bal gücündə zəlzələ olub

Əfqanıstanın Hindukuş dağ silsiləsində 5,7 bal gücündə zəlzələ baş verib.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata əsasən, təbii fəlakətin episentri Qunduz şəhərindən 176 km şərqdə, ocağı isə 190 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31