Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb

Gürcüstanın Şovi kurort zonası yaxınlığında baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar üzrə İdarəetmə Xidməti təsdiqləyib.

18 nəfərin axtarışlarının davam etdiyi bildirilib.

Qeyd edək ki, torpaq sürüşməsi avqustun 3-də günorta saatlarında Gürcüstanın qərbindəki Şovi kurort bölgəsində baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31