Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb

Gürcüstanın Şovi kurort zonası yaxınlığında baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bu yaxınlarda axtarış-xilasetmə əməliyyatları zamanı daha bir nəfərin cəsədi tapılıb.

Bu gün səhər saatlarında hərbçilər axtarışlara qoşulub. Ərazidə ümumilikdə 400-ə yaxın xilasedicinin çalışdığı bildirilib.

Qeyd edək ki, torpaq sürüşməsi avqustun 3-də günorta saatlarında Gürcüstanın qərbindəki Şovi kurort bölgəsində baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31